📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirvanın 102 yaşlı sakini vəfat etdi

2023-08-21 17:52:49

Şirvanın 102 yaşlı sakini vəfat etdi

Şirvan şəhərinin uzunömürlü sakinlərindən olan İskəndərova Minə Mirzəbala qızı 102 yaşında vəfat edib.

Bu barədə “Qafqazinfo”ya rayon icra hakimiyyətindən məlumat verilib.

Bayramlı qəsəbəsində yaşayan Minə İskəndərovanın 10 övladı, 28 nəvəsi, 48 nəticəsi və 6 kötücəsi var.