📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Şıxov" çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurdu

2023-05-10 20:59:00

Bakı-Salyan şosesində, "Şıxov" çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumata əsasən, saat 18:40 radələrində "BMW" markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaş arası qadını vurub:

"Hadisə baş verən ərazidə  müşahidə kameralarına baxış zamanı  qadının anidən yola daxil olaraq yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır".