📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ: Makron İlham Əliyevə zəng vurdu

2026-05-21 14:58:39

SON DƏQİQƏ: Makron İlham Əliyevə zəng vurdu

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.

Hurriyyet.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon söhbəti zamanı biz Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz həmçinin regional və qlobal hadisələri müzakirə etdik".