📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək

2023-06-19 10:44:00

Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək

Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.