📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır - Xəbərdarlıq

2023-05-20 14:09:00

Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır - Xəbərdarlıq

Sosial şəbəkələrdə vətəndaşlara müxtəlif şirkətlərin adından sərfəli iş təklifləri və ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur.

Xidmət vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.


qafqazinfo.az