📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Söyüdlüyə xüsusi texnikalar göndərilib? - Video

2023-06-23 10:43:00

Söyüdlüyə xüsusi texnikalar göndərilib? - Video

Gədəbəy rayonunun Söyüdlü kəndinin giriş istiqamətində naryad qrupları xidmət aparır. Kənddə hər hansı gərginlik yoxdur. Yerli sakinlər kəndə rahat şəkildə girib-çıxa bilir, heç bir məhdudiyyət tətbiq olunmur.

Hurriyyet.az xəbər verir ki, bunu ARB-yə açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

DİN rəsmisi əlavə edib ki, əsas məqsəd kənddə ictimai təhlükəsizlik, bütövlükdə asayiş qorunsun və gözlənilsin: "Polis tərəfindən hər hansı əlavə qüvvə, xüsusi vasitələr, texnikalar əraziyə cəlb edilməyib. Kənddə normal qaydada həyatlarına davam edirlər".