📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Stalinin yaşadığı ev hərraca çıxarılır

2023-08-23 14:29:12

Stalinin yaşadığı ev hərraca çıxarılır

SSRİ lideri İosif Stalinin yaşadığı ev hərraca çıxarılacaq. 

Hurriyyet.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. 

Bildirilir ki, ev Moskva vilayətində yerləşir. Stalin 1932-1934-cü illərdə orada yaşayıb. 

Ərazinin ümumi sahəsi 38 hektardan çoxdur. "Lipki Manor" adlı bina 19-cu əsrdə inşa edilib, 1989-cu ilə qədər binada dövlət rəsmiləri qalıb.