📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sui-qəsddən sağ çıxan oliqarxın köməkçisi SAXLANILDI

2026-07-18 16:11:11

Sui-qəsddən sağ çıxan oliqarxın köməkçisi SAXLANILDI

Monakoda ukraynalı iş adamı Vadim Yermolayevin köməkçisi onun barəsində törədilən sui-qəsd hadisəsinin baş verdiyi binaya daxil olmağa cəhd edərkən saxlanılıb.

Hurriyyet.info xəbər verir ki, bu barədə Nice-Matin nəşri məlumat yayıb.

Bildirilib ki, qadın binanın qapısına polis tərəfindən vurulan möhürləri sındıraraq içəri keçməyə çalışıb. Nəşrin yazdığına görə, onu iş adamının özü pasportları təcili götürməsi üçün göndərib.

Köməkçi bir neçə saat polis nəzarətində saxlanıldıqdan sonra sərbəst buraxılıb. Hüquq-mühafizə orqanları onun hərəkətlərində qəsd niyyəti müəyyən etmədiyi üçün barəsində ittiham irəli sürülməyib.

Xatırladaq ki, partlayış iyunun 29-da yerli vaxtla saat 21:00 radələrində Monakoda, Fransa sərhədi yaxınlığındakı Reveran-Per-Lui-Frolla küçəsində baş verib. İş adamının olduğu yaşayış binasının girişində partlayıcı qurğu işə düşüb. Nəticədə Vadim Yermolayev ağır yaralanıb, onu müşayiət edən qadın hər iki ayağını itirib, sahibkarın 13 yaşlı oğlu da xəsarət alıb.