📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şükür Həmidovun atası vəfat etdi

2023-08-11 17:29:00

Şükür Həmidovun atası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası vəfat edib.

Hurriyyet.az xəbər verir ki, Nəriman Həmidov bu gün 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, ikinci ordu korpusunun komandir müavini, polkovnik Şükür Həmidov Vətən müharibəsində şəhid olub. Bununla bağlı Prezident İlham Əliyev 2020-ci il noyabrın 23-də onun atasına zəng edərək şəxsən başsağlığı vermişdi.