Şuşada atəşkəs pozulub - Rusiya MN
2023-03-23 22:12:00
Rusiya Müdafiə Nazirliyi Şuşada atəşkəsin pozulduğu barədə məlumat yayıb
Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin 23 mart tarixli məlumat bülletenində məlumat yayılıb. Məlumata görə, ölən və yaralananlar olmayıb.
Qeyd edilir ki, Rusiya sülhməramlı kontingentinin qüvvələri faktla bağlı araşdırma aparır.
Onu da qeyd edək ki. Rusiya MN-nin bülletenində Azərbaycanın rayonlarının adları Azərbaycan Müdafiə Nazirliyi tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq erməni adları ilə adlandırılıb. \\Ucnoqta.az