“Şuşadan Bakıya qədər ağlamışam…” - İlkin Həsəni
2026-07-15 18:21:14
Aparıcı İlkin Həsəni sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
Hurriyyet.info xəbər verir ki, o, avtomobildə çəkilən videosunda izləyicilərdən birinin yazdığı “Global Media Forum hara, siz hara?” şərhini nümayiş etdirib.
Ardınca isə bu irada ironik münasibət bildirərək paylaşımına “Bu şərhdən sonra Şuşadan Bakıya qədər ağlamışam…” sözlərini əlavə edib.
O, ATV-də aparıcı olduğu zamanların press vəsiqəsini də paylaşmağı unutmayıb.