📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tağı Əhmədovun ayaqları tutulub“ - Xanımı

2023-02-23 17:27:00

“Tağı Əhmədovun ayaqları tutulub“ - Xanımı

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.

Hurriyyet.az Manşet-ə istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı Salatın Əhmədli danışıb.

Xanımı bildirib ki, Tağı Əhmədov Bakıda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib:

"Tağı müəllimin səhhətində problem yaranıb. Onun ayaqları işləmir. Hazırda müalicədədir.Onun ayaqlarının niyə tutulduğunu bilmirik. Ancaq həkimlər onun bu probleminin düzələcəyini bildirirlər. Hazırda Tağı Əhmədov tam tutulub, yeriyə bilmir".