Taksidə tərk edilən uşağın valideyninin kimliyi məlum oldu
2023-12-11 14:36:29
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə tərk edilən körpənin şəxsiyyəti müəyyən edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Araşdırmalarla körpəni tərk edən ana - 1995-ci il təvəllüdlü qadın tapılaraq şöbəyə dəvət edilib. Hazırda hadisənin baş vermə səbəbləri və təfərrüatı barədə araşdırmalar davam etdirilir.