📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Talaçay daşdı: Meşleşə gedən yol yararsız vəziyyət düşdü

2026-07-10 20:32:21

Talaçay daşdı: Meşleşə gedən yol yararsız vəziyyət düşdü

Son günlər yağan güclü yağışlar Zaqatalada ciddi problemlər yaradıb.

"AzPolitika" xəbər verir ki, ən ağır vəziyyət Yuxarı Tala kəndi istiqamətində qeydə alınıb.

Talaçayın daşması nəticəsində Meşleş kəndinə gedən yolun təxminən 800 metrlik hissəsi yararsız hala düşüb. Bu səbəbdən 36 təsərrüfatın yerləşdiyi kəndə avtomobillərin gediş-gəlişi xeyli məhdudlaşıb. Sakinlər ərzaq, içməli su və nəqliyyat baxımından çətinlik yaşadıqlarını bildirirlər.

Sel rayonun digər ərazilərində də əkin sahələrinə və təsərrüfatlara ziyan vurub. Hazırda aidiyyəti qurumlar yolların bərpası və nəqliyyat əlaqəsinin bərpası istiqamətində iş aparırlar.