📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Taliban"dan ŞOK QADAĞA

2026-06-09 13:33:06

"Taliban" hərəkatının lideri Hibatullah Axundzadə qruplaşma üzvlərinə və dövlət qulluqçularına smartfonlardan istifadəni qadağan edən fərman imzalayıb.

Hurriyyet.info  xəbər verir ki, bu qərar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və məlumat sızmasının qarşısının alınması məqsədilə qəbul edilib.

Yeni qaydalara əsasən, qadağanı pozan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

Fərmanda smartfondan istifadə edən hərbçi və məmurların hərbi məhkəmə qarşısına çıxarılacağı xəbərdarlığı edilib.