Tanınmış cərrah vəfat edib
2026-06-01 14:13:24
Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat edib.
Bu barədə Nizami Tibb Mərkəzi məlumat yayıb.
Məlumata görə, Asiman Əhmədova 1982-ci ildə anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2004-2006-cı illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında Cərrahiyyə ixtisası üzrə təhsil alıb.
2008-ci ildən müxtəlif tibb müəssisələrində ixtisası üzrə işləyən Asiman Əhmədova 2024-cü ildən Nizami Tibb Mərkəzində ümumi cərrah olaraq fəaliyyət göstərib.