📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu

2023-01-28 19:35:00

Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Hurriyyet.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Qeyd edək ki, Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.