Tanınmış teleaparıcı reanimasiyaya düşdü
2023-07-06 09:12:00
Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.
Hurriyyet.az xəbər verir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.
Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.
Gununsesi.info