📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ! Bakıdan Tiflisə qatarla bu qiymətə getmək mümkün olacaq

2026-05-20 18:23:00

TƏCİLİ! Bakıdan Tiflisə qatarla bu qiymətə getmək mümkün olacaq

Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Bu barədə Hurriyyet.info-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qiymətlər Yevlax–Tiflis üzrə 67 manatdan, Gəncə–Tiflis üzrə 62 manatdan, Ağstafa–Tiflis üzrə 57 manatdan, ⁠Böyük Kəsik–Qardabani üzrə 51 manatdan başlayacaq.

Marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.