📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehranda Azərbaycana qarşı təxribat: Molla rejiminin himayə etdiyi keşişdən həyasız iddia

2026-07-08 18:12:04

Tehranda Azərbaycana qarşı təxribat: Molla rejiminin himayə etdiyi keşişdən həyasız iddia

“Artsax” Ermənistanın ayrılmaz hissəsidir. Nikol Paşinyan “Artsax”ın Ermənistan torpağı olmadığını söyləməkdə səhv edir.

 Erməni Apostol Kilsəsinin Tehran Yeparxiyasının primatı, arxiyepiskop Sebuh Sarkisyan “Haylur”a verdiyi müsahibədə bildirib.

“Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsi ilə münasibətlərində yanlış yol tutur. Ermənistan hakimiyyətinin bütün ermənilərin katolikosunu vəzifədən uzaqlaşdırmaq istəyi təhlükəli və dağıdıcı bir tendensiyadır. Erməni Apostol Kilsəsinin təxminən 1700 illik tarixi var və ona qarşı belə bir siyasət qəbuledilməzdir. Kilsə müstəqil bir qurumdur”, - deyə Sarkisyan bildirib.

Keşiş Ermənistan hakimiyyətinin Kilsə ilə dialoqa başlamasını gözlədiklərini söyləyib:

“Onların davranışı diaspora mənfi təsir göstərir. İndiyə qədər Ermənistan rəhbərliyindən heç bir xoşməramlılıq təzahürü görmədik", - deyə arxiyepiskop yekunlaşdırıb.

Tehranda oturmuş erməni keşişin Azərbaycana qarşı ərazi iddiaları səsləndirməsi, əslində həm də İranın mövqeyi sayılmalıdır. Molla rejimi bu mövqeyi bölüşməsə, “dost” hesab etdikləri erməni Tehranda oturub Azərbaycan ərazilərinə göz dikməz. #publika.az