📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehranda izdiham: Əli Xameneinin vida mərasiminə gələnlər magistral yollarda namaz qıldı

2026-07-04 15:02:49

Tehranda izdiham: Əli Xameneinin vida mərasiminə gələnlər magistral yollarda namaz qıldı

Əli Xamenei ilə kütləvi vida mərasimi zamanı şəhərdə böyük insan izdihamı qeydə alınıb. Şəhərin müxtəlif istiqamətlərindən İmam Xomeyni rəsmi musəllasına (Böyük ibadət zalı) doğru axın edən çoxsaylı insanlar nəqliyyatın sıxlığı və yolların qapanması səbəbindən magistralın ortasında kütləvi şəkildə namaz qılıblar.

Hurriyyet.info  xəbər verir ki, rəsmi mənbələrin və hadisə yerindən yayılan canlı görüntülərin verdiyi məlumata görə, paytaxtın mərkəzi yolları ilə hərəkət edən mərasim iştirakçıları ibadət vaxtı yetişdikdə magistral yolların müəyyən hissələrində dayanaraq namaz qılmaq məcburiyyətində qalıblar.

Bu kütləvi dini ayin şəhərin əsas nəqliyyat arteriyalarında hərəkətin tamamilə dayanmasına səbəb olub. Rəsmi Tehran və xarici media agentliklərinin məlumatına görə, ayətullah Əli Xameneyinin iyulun 4-dən 9-na qədər davam edəcək vida və dəfn mərasimlərində 15 milyondan çox insanın iştirakı gözlənilir və növbəti günlərdə cənazənin Qum, Kərbəla və Məşhəd şəhərlərinə aparılması planlaşdırılır.