📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Təkcə xanımım bilirdi ki, buradayam"

2026-06-01 14:58:30

"Pələng" maskası adı altında yarışan Xalq artisti Samir Cəfərov maraqlı açıqlama verib. 

Hurriyyet.info xəbər verir ki, ikinci olan sənətçi şouda yarışdığını təkcə xanımına dediyini söyləyib:

"Evdə bir həyat yoldaşım bilirdi ki, mən bu şouya gəlirəm. Heç kim bilmirdi. Uşaqlar da bilmirdi. Yoldaşıma deməli idim. Çünki deyəcəkdi ki, haradasan? "Qırat"ın qalib gəlməsi mənim üçün çox sevindirici oldu. Çünki Koroğlunun Qıratının qalib gəlməsi gözəl bir şeydir. "Qırat" Azərbaycanın simvoludur. İkinci yer alnıma yazılıb. Birinci dəfə 1999-cu ildə Gənclik müsabiqəsində də ikinci yeri tutmuşdum. Beynəlxalq konkurslarda da ikinci yer məndən əl çəkmir".