📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təltif olunanlardan biri baş direktorun müavinidir

2026-05-20 17:56:02

Təltif olunanlardan biri baş direktorun müavinidir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif ediliblər.

Hurriyyet.info - nun məlumatına görə, təltif edilən Qurbanov Azər Tengiz oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorunun müavinidir.

Adıçəkilən institutun Elmi metrologiya və etalon şöbəsinin müdiri Musayeva Şəhla Ziyəddin qızı və Tətbiqi metrologiya şöbəsinin müdir əvəzi Şirinov Namiq Paşa oğlu da “Tərəqqi” medalı ilə təltif olunublar.