📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təyyarədə qorxu dolu anlar: Sərnişinlər kabus yaşadı

2026-07-10 16:28:52

Təyyarədə qorxu dolu anlar: Sərnişinlər kabus yaşadı

Yunanıstandan Almaniyaya uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. Uçuş zamanı mühərrikdə yaranan nasazlıq nəticəsində onun qopmuş hissəsi təyyarənin pəncərəsinə dəyərək şüşəni sındırıb. Hadisə nəticəsində bir sərnişin xəsarət alıb.

Hurriyyet.info  xəbər verir ki, Yunanıstan mətbuatının yaydığı məlumata görə, Salonikidən Almaniyanın Münhen şəhərinə uçan Ryanair aviaşirkətinə məxsus sərnişin təyyarəsi Şimali Makedoniyanın paytaxtı Skopye yaxınlığında olarkən mühərriklərdən birində ciddi nasazlıq yaranıb.

Pilotlar nasazlığın havada aradan qaldırılmasının mümkün olmadığını müəyyən etdikdən sonra təyyarəni təhlükəsiz şəkildə Saloniki hava limanına geri qaytarmaq qərarı veriblər.

Eniş zamanı sərnişin salonunda güclü səs eşidilib və pəncərələrdən biri sınıb. Təhlükəsizlik məqsədilə sərnişinlərə oksigen maskaları təqdim olunub.

Hadisədən sonra aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, pəncərənin sınmasına mühərrikdən qopan detal səbəb olub.

Pəncərənin yanında əyləşən 60 yaşlı sərnişin xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Hadisə ilə bağlı səlahiyyətli qurumlar araşdırmaya başlayıb. Qəzanın dəqiq səbəbi aparılan texniki ekspertizadan sonra məlum olacaq.