📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Threads” bir sutkada 30 milyon istifadəçi topladı

2023-07-07 11:05:00

“Threads” bir sutkada 30 milyon istifadəçi topladı

“Meta” şirkəti tərəfindən yaradılan “Threads” platforması 24 saatdan az bir müddətdə 30 milyon istifadəçi toplaya bilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq paylaşım edib.

Onun paylaşımından sonra “Threads” sürətlə izləyicilərin diqqətini cəlb edib.

Qeyd edək ki, yeni platformada mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək olur. “Threads” 100 ölkədə mövcud olsa da, Avropa Birliyi ölkələrində hələ də aktiv deyil. Buna səbəb AB-nin nizamnamələridir.