📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TikTok-da təhlükəli axın: 4 nəfər öldü - VİDEO

2023-07-10 21:12:00

TikTok-da təhlükəli axın: 4 nəfər öldü - VİDEO

"TikTok"da ölümlə nəticələnən tryuk populyarlıq qazanıb.

Hurriyyet.Az bizim.media-ya istinadən bildirir ki, yeni trendə əsasən istifadəçilər yüksək sürətlə hərəkət edən qayıqlardan və yaxtalardan dənizə tullanırlar. 

Xilasedicilər bildirirlər ki, bu fəndi betona tullanmaqla müqayisə etmək olar.

Artıq bu trend səbəbidən dörd nəfər faciəvi şəkildə həlak olub.

Məlum olan ilk hadisə fevral ayında Alabama ştatında baş verib. Kişi bu tryuku təkrarlamaq qərarına gəlib və ailəsi ilə istirahət edərkən qayıqdan tullanıb. Nəticədə o, öz uşaqlarının gözü qarşısında ölüb.