📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tolqa Kareldən Haluk Leventə sərt sözlər

2026-07-17 18:49:22

Tolqa Kareldən Haluk Leventə sərt sözlər

Türkiyədə “Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq fonunda müzakirələr davam edərkən, aktyor Tolqa Karel sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

Hurriyyet.info xəbər verir ki, Karel paylaşımında “Ahbap” dərnəyi ilə bağlı səsləndirilən iddialara münasibət bildirərək sərt ifadələr işlədib.

Aktyor bunları yazıb:

“Doğrudan da dəli olacağam. Bu necə dərnəkdir ki, yaxtalar, villalar, torpaqlar alınır-satılır, pullar özəl şirkətlərin hesablarına köçürülür? Bu, çox böyük qalmaqaldır.

Məncə, Haluk Levent insanların içində qalan son ümid işığını, o saf duyğuları da məhv etdi. Bunu cəmiyyətin mənəvi çürüməsinin tabutuna vurulan son mismar adlandırmaq olar. Çox pis oldum. Bilmirəm… İnsan olmaq müqəddəsdir. Mən insanlara hər zaman inandım”.

Tolqa Karelin paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir qrup istifadəçi aktyorun fikirlərini dəstəkləsə də, digərləri istintaq yekunlaşmadan qəti nəticələr çıxarmağın düzgün olmadığını bildirib.

Qeyd edək ki, Karelin paylaşımında yer alan yaxtalar, villalar, torpaqlar və maliyyə köçürmələri ilə bağlı fikirlər onun şəxsi iddialarıdır və bunlar rəsmi qurumlar tərəfindən təsdiqlənmiş fakt kimi təqdim edilmir.

“Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq davam edir.