Torpaq sürüşməsi nəticəsində 8 nəfər öldü, 34 nəfər itkin düşdü
2026-07-18 17:11:35
Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində güclü leysanların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 8 nəfər həlak olub, daha 34 nəfər itkin düşüb.
Hadisə Utszyan çayı sahilində baş verib.
İndiyədək 10 nəfər xilas edilib.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir./Lent.az