📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub

2026-07-15 14:46:01

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub

Tovuz rayonu sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.

Araşdırmalar davam etdirilir.