📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toyları səhv salıb yarım saat pulsuz oxudu

2026-06-08 21:30:16

Toyları səhv salıb yarım saat pulsuz oxudu

Müğənni Mərdan Kazımov toy məclisinin zalını səhv salaraq başqa bir toyda iştirak edib.

Hurriyyet.info qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

M.Kazımovun sözlərinə görə, yarım saat müddətində başqa şəxslərin toyunda çıxış edib, lakin toy sahibləri onun məclisə dəvət olunmadığını bildirməyiblər: "Bu gün toy zallarını səhv salıb iki dostumuzun məclisində çıxış etdik. Sağ olsunlar, yarım saat heç deyən olmadı ki, "biz sizi dəvət etməmişik, axı".

Müğənni bundan sonra dəvət olunduğu toyu tapıb və orada çıxış edib. Bu hadisə sosial şəbəkədə maraqla qarşılanıb.