📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Toyuq və hinduşka əti rekord həddə bahalaşdı: qonşu ölkədə çətin durum

2026-07-19 10:39:37

Toyuq və hinduşka əti rekord həddə bahalaşdı: qonşu ölkədə çətin durum

Rusiyada quş əti bazarında qiymətlər tarixi maksimuma çatıb, istehsalçılar isə ciddi çətinliklərlə üzləşiblər.

Hurriyyet.info xəbər verir ki, Rusiyada quş ətinin topdansatış qiymətləri tarixi rekord yeniləyib. Son bir ildə broyler toyuğunun bütöv cəmdəyi 27%, file hissəsi isə 31% bahalaşıb. Emal müəssisələri artıq xammal çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Əsas problem ondan ibarətdir ki, kolbasa və digər ət məhsulları istehsalçılarının pərakəndə satış şəbəkələri ilə bağladıqları müqavilələrdə satış qiymətləri əvvəlcədən müəyyən edilib. Lakin istifadə olunan quş əti xammalı hər həftə bahalaşdığı üçün bir çox müəssisə zərərlə işləyir və reseptlərini dəyişərək donuz ətinə keçməyə hazırlaşır.

Pərakəndə satışda toyuq əti son bir ildə 5,7% bahalaşaraq orta hesabla 192 rubl/kiloqram olub. Ekspertlər hesab edirlər ki, hazırkı tendensiya davam edərsə, yaxın aylarda qiymət artımı mağaza rəflərində də daha aydın hiss olunacaq.