📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TRAMP ADMİNİSTRASİYASINDA FİKİR AYRILIĞI - Heqset-in planları NATO-nu zəiflədə bilər

2026-07-03 13:58:10

TRAMP ADMİNİSTRASİYASINDA FİKİR AYRILIĞI - Heqset-in planları NATO-nu zəiflədə bilər

Pentaqon rəhbəri Pit Heqset may ayında Avropadakı Amerika hərbi mövcudluğunun daha da azaldılacağını elan etməyi planlaşdırırdı, lakin Ağ Ev bu təşəbbüsün qarşısını alıb.

Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Heqset Brüsseldə NATO müdafiə nazirlərinin görüşü zamanı Amerika qüvvələrinin daha da azaldılmasını elan etmək niyyətində olub. 

Mənbələrin verdiyi məlumata görə, Heqsetin təklifi ABŞ Dövlət Katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik müşaviri və digər yüksək vəzifəli şəxslər tərəfindən nəzərdən keçirildikdən sonra rədd edilib. 

Bunun nəticəsində, Heqset ABŞ-nin Avropadakı hərbi mövqeyinin nəzərdən keçiriləcəyini və bunun altı aya qədər davam edə biləcəyini söyləyib.

Məlumata görə, bu ABŞ administrasiyasının Avropadakı hərbi mövcudluğunun mümkün azaldılmasının miqyası və vaxtı barədə hələ qərar verilmədiyini nümayiş etdirir. WSJ mənbələri Pentaqon rəhbərinin təkliflərinin Vaşinqtonun NATO müttəfiqləri, eləcə də respublikaçılar da daxil olmaqla bir sıra ABŞ qanunvericiləri arasında narahatlıq doğurduğunu bildirir. Onların hamısı alyansın zəifləməsindən narahatdır.