📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp “Bibi”yə “dişinin dibindən çıxanı” deyib

2026-06-02 10:09:25

Tramp “Bibi”yə “dişinin dibindən çıxanı” deyib

ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı İsrail baş naziri Benyamin Netanyahuya kobud sözlər deyib.

Hurriyyet.info Musavat.com istinadən  xəbər verir ki, məlumatı "Axios" mənbələrə istinadən yayıb.

Mənbələrə görə, Tramp Netanyahunu dəli adlandırıb və baş nazirə əvvəlki dəstəyini xatırladıb:

"Mən olmasaydım, həbsxanada olardın. İndi hamı səndən nifrət edir. Buna görə də hamı İsraildən nifrət edir".

Amerika lideri Netanyahunun korrupsiyaya görə həbsdən yayınmasına kömək etdiyini və Livana endirilən zərbələr nəticəsində İsrailin beynəlxalq aləmdə daha da təcrid olunacağını proqnozlaşdırdığını bildirib.

"Axios"un məlumatına görə, ABŞ prezidenti çox sayda mülki şəxsin ölümündən və "Hizbullah"ın bir neçə komandirinin məhv edilməsi üçün bütöv binaların dağıdılmasından dərin narahatdır.

1 iyunda ABŞ lideri Netanyahu və "Hizbullah" rəhbərliyi ilə Livanda atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. İsrail baş naziri ilə telefon danışığından sonra Amerika lideri İsrail qoşunlarının "Beyruta göndərilməyəcəyini" bildirib.

Bundan əvvəl İranın "Tasnim" xəbər agentliyi Tehranın İsrailin Livandakı gərginliyinə etiraz olaraq Vaşinqtonla əlaqəni dayandırdığını bildirmişdi. ABŞ və İran atəşkəsin uzadılmasını və Hörmüz boğazında gəmiçiliyin bərpa olunmasını nəzərdə tutan razılaşma layihəsi ilə bağlı mesaj mübadiləsi aparmışdılar.