📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp bu ölkələrdən mallara rüsum tətbiq edir

2026-07-21 20:14:54

Tramp bu ölkələrdən mallara rüsum tətbiq edir

ABŞ Prezidenti Donald Tramp təxminən 60 ölkədən olan mallara 10 %-dən 12,5 %-dək yeni rüsumlar tətbiq etməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" "The Financial Times" (FT) nəşrinə istinadən məlumat yayıb.

ABŞ Prezidenti yeni tarifləri hazırkı rüsumların qüvvədə olma müddəti bu həftə başa çatdıqdan sonra tətbiq edə bilər.

Trampın məsləhətçiləri ABŞ-yə tarifləri olduğu kimi saxlamağa imkan verəcək sonrakı addımların bir neçə variantını hazırlayıblar.

ABŞ hakimiyyət orqanlarının bu ilin mart ayında başlatdığı məcburi əməyin tətbiqinə dair araşdırma yeni tariflər üçün hüquqi əsas ola bilər.

Bununla yanaşı, FT-nin əldə etdiyi məlumata görə, bəzi məsləhətçilər xəbərdarlıq edirlər ki, tariflərin tətbiqi ötənilki iqtisadi sarsıntıların təkrarlanmasına gətirib çıxara və aralıq seçkiləri ərəfəsində zərər vura bilər.