Tramp Hörmüzə görə ərəb ölkələrindən kompensasiya istəyir
ABŞ bütün Ərəb Körfəzi dövlətlərini qoruyur və Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üçün kompensasiya gözləyir.
Hurriyyet.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib:
"Mən kompensasiya istəyirəm, çünki dünyanın çox zəngin bir hissəsini qoruyuruq. Biz pul xərcləyirik".
Tramp Vaşinqtonun Hörmüz boğazında normal gəmiçiliyin təmin edilməsinə yönəlmiş hərəkətlərinə toxunaraq vurğulayıb: "Biz qoruduğumuz ölkələrdən kompensasiya alacağıq".
Tramp ABŞ-ın bu sahədə kömək etdiyi ölkələr arasında Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanını qeyd edib: "Düşünürəm ki, bu, uyğundur".
Tramp Hörmüzdə gəmiçiliyin olmasının ABŞ-a lazım olmadığını deyib: "Bizə bu lazım deyil. Amma müttəfiqlərimizi qorumaq baxımından buna ehtiyacımız var".
Bundan əvvəl Tramp bildirib ki, ABŞ Hörmüz boğazına nəzarət etmək istəyir və orada təhlükəsiz naviqasiyanı təmin etmək üçün daşınan yükün dəyərinin 20 faizini kompensasiya olaraq alır.