Tramp istədiyinə nail oldu – Mərhum senatorun yerinə bacısı təyin edildi
Cənubi Karolina qubernatoru Henri Makmaster bazar ertəsi günü mərhum respublikaçı senator Lindsi Qremin yerinə onun bacısı Darlin Qrem Nordonu təyin edib.
Hurriyyey.info Publika.az-a istinadla xəbər verir ki, bundan əvvəl Donald Tramp Nordonu açıq şəkildə namizəd göstərmişdi.
Tramp dünən “Truth Social”da yazmışdı: "Bu, bacısını çox sevən Lindsiyə gözəl bir hörmət olardı”.
Bundan bir neçə saat sonra qubernator Nordonu rəsmi mərasimdə təqdim etdi.
62 yaşlı Darlenin təyinatı qardaşının ölümündən iki gündən az bir müddət sonra elan edildi. Nordon özü ictimai xadim deyil. “LinkedIn” profilinə görə, o, on ildən çox Cənubi Karolina Peşə Reabilitasiyası Departamentində çalışıb və 2019-cu ildən bəri Dövlət Korlar Komissiyasında çalışıb. O, heç vaxt seçkili vəzifə tutmayıb.