📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tramp xüsusi elçisini Moskvaya GÖNDƏRİR: Kremldən AÇIQLAMA

2026-05-20 11:03:01

Tramp xüsusi elçisini Moskvaya GÖNDƏRİR: Kremldən AÇIQLAMA

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff yaxın vaxtlarda Rusiyaya səfər edəcək.

Hurriyyet.info xəbər verir ki, bu barədə Rusiya liderinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev məlumat verib.

Dmitriyevin sözlərini Kreml hovuzunun müxbiri Aleksandr Yunaşev öz "Telegram" kanalında paylaşıb.

Rusiya rəsmisi amerikalı məmurun gözlənilən səfərinin təfərrüatları barədə isə hər hansı bir məlumat verməyib.