Türk lirəsi yüksəlir? – Beynəlxalq agentlikdən nikbin açıqlama
2023-08-12 19:34:00
Türkiyənin yeni iqtisadi komandasının ortodoks siyasətlərə keçidi gözləniləndən daha tez baş tutub.
Bu barədə Beynəlxalq reytinq agentliyi "Moody's" bildirib.
Agentlik Türkiyə banklarının belə pul siyasətindən faydalanacağını qeyd edib.
Qeyd edək ki, Türkiyənin yeni maliyyə naziri Şimşək bildirmişdi ki, ölkə iqtisadiyyatı “rasional zəminə” qayıdacaq.
“Türkiyə üçün ortamüddətli perspektivdə inflyasiyanın birrəqəmli rəqəmlərə qaytarılması, bütün sahələrdə proqnozlaşdırıla bilənliyin artırılması və cari əməliyyatlar hesabının kəsirini azaldacaq struktur dəyişikliklərinin sürətləndirilməsi həyati əhəmiyyət kəsb edir”, - o deyib. \\Ölkə.Az