📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkan Məmmədli həyat yoldaşından yazdı: "Ölümündən 2 saat əvvəl..."

2023-10-21 21:21:20

Türkan Məmmədli həyat yoldaşından yazdı:

Jurnalist Türkan Məmmədli intihar edən həyat yoldaşı Orxan Məmmədli ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Hurriyyet.Az xəbər verir ki, jurnalist ölümündən 2 saat əvvəl Orxan Məmmədli ilə danışdığını qeyd edib:

"İndi hər kəs bir söz yazır, danışır. Amma kimsə nələr yaşadığımızı bilmir. Ölümündən 2 saat öncə danışdıq. Kaş bilərdim... Mənim üçün çox çətindir. Xahiş edirəm, daha çox ahımızı almayın".