📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib

2026-05-23 12:11:12

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) sərhəddən kənarda İŞİD-ə qarşı əməliyyat keçirib.

"Report" "TRT haber"ə istinadən xəbər verir ki, MİT-in Suriyada Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində "qırmızı bülleten"lə axtarışda olan 10 İŞİD üzvü saxlanılıb.

Saxlanılan şəxslərin Türkiyəyə gətirildiyi bildirilib.

Qeyd olunub ki, əməliyyatla bağlı əlavə araşdırmalar davam etdirilir.