📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə polisi azərbaycanlıya görə HƏRƏKƏTƏ KEÇDİ

2026-07-07 16:44:30

 Türkiyə polisi azərbaycanlıya görə HƏRƏKƏTƏ KEÇDİ

Türkiyənin Zonguldak vilayətində iki gündür xəbər alınmadığı bildirilən Azərbaycan vətəndaşı ilə bağlı aparılan araşdırma gözlənilməz nəticə verib.

Hurriyyet.info Musavat.com istinadən  xəbər verir ki, hadisə İncivez məhəlləsinin Çaybaşı küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Binanın 7-ci mərtəbəsində yaşayan Azərbaycan vətəndaşından iki gündür xəbər ala bilməyən yaxınları 112 Təcili Yardım Mərkəzinə müraciət ediblər.

Məlumat əsasında Zonguldak Bələdiyyəsinin yanğınsöndürmə qrupları hadisə yerinə cəlb olunub. Mənzildə aparılan yoxlama zamanı evdə heç kimin olmadığı müəyyən edilib. Bundan sonra məsələ polis əməkdaşlarına bildirilib.

Polisin binada yaşayan sakinlərlə apardığı söhbətlər və araşdırmalar nəticəsində məlum olub ki, haqqında narahatlıq yaranan Azərbaycan vətəndaşı şəhəri tərk edib.

Beləliklə, hadisənin hər hansı xoşagəlməz nəticə ilə əlaqəli olmadığı müəyyənləşdirilib və əməliyyata cəlb olunan qruplar ərazidən ayrılıblar.