📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə S-400-ləri satmaq üçün Rusiyadan icazə istəyib? - Kremldən cavab gəldi

2026-07-10 17:12:19

Türkiyə S-400-ləri satmaq üçün Rusiyadan icazə istəyib? - Kremldən cavab gəldi

Rusiya əvvəllər Türkiyəyə təhvil verilmiş S-400 zenit-raket sistemləri ilə bağlı Türkiyə ilə əlaqə saxlayır.

Hurriyyet.info  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Daha əvvəl "Hürriyet" qəzetinin köşə yazarı Ankara və Vaşinqtonun S-400-lərin Fars körfəzi ölkəsinə təhvil verilməsi ilə bağlı danışıqlar apardığını bildirmişdi.

Peskov Türkiyə mediasının Ankaranın ABŞ sanksiyalarından yayınmaq üçün Rusiya S-400-lərini satması ilə bağlı xəbərləri şərh edərkən bildirib:

“Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqələrimiz olub və əlaqələrimizi davam etdirəcəyik".

Kremlin sözçüsündən Ankaranın belə bir satış üçün Moskvadan icazə istəyib-istəmədiyi və əgər belədirsə, Rusiyanın nə cavab verdiyi soruşulub. Peskov qeyd edib ki, "bu, çox həssas bir məsələdir".