📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə 110 nəfəri daşıyan gəmi batdı

2026-05-29 22:43:42

Türkiyədə 110 nəfəri daşıyan gəmi batdı

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda, Cennet Adası yaxınlığında tur gəmisi batıb.

Hurriyyet.info xəbər verir ki, 110 nəfərin olduğu gəmi sahil mühafizə qrupları tərəfindən təhlükəsiz şəkildə təxliyə olunub.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Gəminin hansı səbəbdən batdığı araşdırılır.