📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə hava limanında insident - Polislər yaralandı

2026-07-08 11:58:51

Türkiyədə hava limanında insident - Polislər yaralandı

İzmir hava limanında iki bıçaqla silahlanmış şübhəlini zərərsizləşdirməyə çalışan dörd polis əməkdaşı yaralanıb.

İzmirin Adnan Menderes Hava Limanının Daxili Terminalında əlində iki bıçaq olan 45 yaşlı H.K-nı görən polis müdaxilə edib.

Şübhəlinin zərərsizləşdirilməsi zamanı baş verən dava-dalaş zamanı bir komissarı və üç polis əməkdaşı yüngül bıçaq xəsarətləri alıb. Zabitlər təcili yardımla Menderes Dövlət Xəstəxanasına aparılıb və müalicədən sonra evə buraxılıblar.

Nəzarətə alınan şübhəliyə qarşı "qəsdən bədənə xəsarət yetirmə" və "hüquq-mühafizə orqanı əməkdaşına müqavimət" ittihamları ilə məhkəmə prosesi başlanıb.

Şübhəlinin uzun müddətdir ki, ruhi sağlamlıq problemləri ilə əlaqədar müalicə aldığı və əqli cəhətdən qeyri-sabit olduğu bildirilib./unikal/