📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə hoteldə yanğın: Ölən var

2026-05-26 18:07:46

Türkiyədə hoteldə yanğın: Ölən var

İstanbulda bu gün səhər saatlarında hoteldə baş verən yanğın nəticəsində bir nəfər ölüb.

Hurriyyet.info xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.

Bildirilib ki, dördmərtəbəli binada alov qısa müddət ərzində söndürülüb, hoteldə olanlar təhlükəsiz əraziyə təxliyə ediliblər.

Yanğından sonra hotel otağında 32 yaşlı Türkiyə vətəndaşının meyiti aşkarlanıb.

Hadisənin səbəbi hələlik bəlli deyil, faktla bağlı araşdırma aparılır./milli.az/