Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər xəsarət alıb
2026-07-19 17:21:55
Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub.
Bu barədə Hurriyyet.info "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində 17 tələbə və daha 2 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım, polis və jandarm əməkdaşları göndərilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.