📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TÜRKİYƏNİN İLK KOSMONAVATLARININ ADLARI AÇIQLANDI - Biri Azərbaycan türküdür + FOTOLAR

2023-04-29 15:24:00

TÜRKİYƏNİN İLK KOSMONAVATLARININ ADLARI AÇIQLANDI - Biri Azərbaycan türküdür + FOTOLAR

Prezident  Rəcəb Tayyib Ərdoğan İstanbulda Ataturk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festifalı – TEKNOFEST =-2023-də çıxışında Türkiyənin ilk kosmonavtlarının adlalarını açıqlayıb. 

Onun sözlərinə görə, Türkiyənin kolsmos yolçuluğunun ilk sərnişinləri Alper Gezeravci və Tuva Cihangir Atasever olacaq.

"Bu ölkənin gəncliyi olaraq tarixi davamızı sizlər davam etdirəcəksiniz. Fatihin, Yavuzun, Əbdülhəmidin, Mustafa Kamalın ruhunu şad edəcəksiniz. Burada sabahın kosmos yolçularını, ixtiraçılarını görürəm. Əziz Sancarın yolunu davam etdirməklə Türkiyəyə yeni Nobellər gətirəcək alimlər görürəm. Fədakarlıqlarımızın və səylərimizin uğur qazandığını görməkdən xoşbəxtəm”, - deyə bildirib.

 

 

Prezident Ərdoğan kosmosa gedəcək adları bu sözlərlə açıqladı: "İki kosmos sərnişinimizi təyin etdik. Müraciət edən minlərlə vətəndaşımıza minnətdarlığımızı bildiririk. Bu vəzifəni Alper Gezer Avcı üzərinə götürəcək. Tuvalı Cihangir Atasever isə əvəzedici heyətə daxil olacaq. 

Beynəlxalq Kosmos Stansiyasına gedəcək qardaşımız Alper Gezeravcı, Hərbi Hava Qüvvələri Komandanlığımızda əhəmiyyətli uğurlara imza atmış qəhrəman türk pilotudur.

Ehtiyat kimi seçilən Tuva Cihangir Atasever ROKETSAN-da kosmosa buraxılış sistemləri sahəsində çalışan sistem mühəndisidir. Şübhə etmirəm ki, hər iki qardaşımız öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirəcəklər. Uğurları üçün Rəbbimə dua edirəm” .

Tədbirdə Tuva Cihangir Ataseverin əslən Azərbaycan türkü olduğu bildirilib.

Azpolitika.info