📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Twitter"in loqosu dəyişdi - "Dogecoin" 26 faiz dəyər qazandı

2023-04-04 00:15:00

Məşhur sosial şəbəkə "Twitter"in loqosu dəyişib.

Hurriyyet.Az APA-ya istinadən xəbər verir ki, "Twitter"in sahibi İlon Mask ənənəvi sərçə loqosunu "Dogecoin"lə (kriptovaluyta) dəyişib.

Qeyd edək ki, "Dogecoin" kriptovalyutasında it təsviri yer alıb.

Xatırladaq ki, bu dəyişiklikdən sonra "Dogecoin" kriptovalyutasının dəyəri 26,39 faiz artıb.