📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Üç ölkənin XİN başçıları Çırağan Sarayında görüşdü

2026-06-08 17:09:24

Üç ölkənin XİN başçıları Çırağan Sarayında görüşdü

İyunun 8-də Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü olub.

Hurriyyet.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçirilən görüş İstanbulun Çırağan Sarayında baş tutub.

Görüşdən əvvəl nazirlər ailə fotosu çəkdiriblər.

Toplantıdan sonra Azərbaycanın, Türkiyənin və Gürcüstanın XİN rəhbərləri mətbuata açıqlama verəcəklər.