📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ucarda yeniyetmə kanalda batdı

2026-07-11 12:04:58

Ucarda yeniyetmə kanalda batdı

Ucar rayonunda yeniyetmənin su kanalında batması ehtimalı ilə əlaqədar axtarışlar aparılır.

Hurriyyet.info apa-ya istinadən xəbər verir ki,  2010-cu il təvəllüdlü Ucar şəhər sakini Ə.Hacıyev rayonun Rəstəcə kəndi ərazisindən keçən su kanalında itib. Onun suda batdığı güman olunur.

Hazırda hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən gecə saatlarından başlayan axtarış-xilasetmə tədbirləri davam etdirilir.